Bakıda müasir yaşayış kompleksləri getdikcə artır. Onların arasında «MEGA CITY» və «GREEN PARK» yaşayış kompleksləri öz gözəlliyi ilə daha çox diqqəti cəlb edir. Bu yaşayış komplekslərini inşa edənsə «MEGA Holding» şirkətidir. Holdinqin əsas fəaliyyəti daşınmaz əmlaka investisiya qoyuluşu, yaşayış və sosial obyektlərin tikintisi, tikinti materiallarının istehsalı, tikinti texnikasının ölkəyə gətirilməsi və servisi, ticarət və əhaliyə xidmət təşkil edir. Qisa müddət ərzində holdinq tərəfindən Bakıda və Gəncədə keyfıyyəti və çox funksiyalılığı ilə seçilən yaşayış kompleksləri inşa edilmişdir. Şirkət həyata keçirdiyi iri miqyaslı layihələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»-dan irəli gələn vəzifələri uğurla reallaşdırır. «MEGA Holding»-in prezidenti Ruslan Məmmədov bunu rəhbərlik etdiyi şirkətin başlıca vəzifəsi hesab edir. Təsadüfı deyil ki, R. Məmmədov Iqtisadiyyat və biznes sahəsində «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsinə töhfəsinə görə» nominasiyasında «Uğur 2006» Milli Mükafatına layiq görülüb. Qeyd edək ki, R. Məmmədov həm iqtisadiyyat, həm də hüquq ixtisaslarına yiyələnib. Dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışıb. Təşkilatçılıq bacarığı və kadrların idarə edilməsi sahəsində topladığı zəngin təcrübəyə əsaslanaraq 2002-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. 2004-cü ildən etibarən Ruslan müəllim holdinqin prezidentidir. Ruslan müəllim fəaliyyətləri haqqında danışarkən biznes fəlsəfəsinin tam qurulduğunu inamla söyləyir:
«Hazırda bizim biznesin fəlsəfəsinin tam qurulduğunu təsdiq etmək olar. Onun əsasında şəhərsalma təşkilatları üçün vacib sayılan üç daimi prinsip var: keyfıyyət, komfort və düzgünlük. Yaşayış kompleksləri saldıqda biz bu müddəalara əsaslanırıq. Bizim məhsulumuz ən tələbkar zövqü də bacarıqla razı salır. Holdinqə daxil olan digər strukturların işləri də bu müddəalara istiqamətlənir. Holdinqin məqsədi üç prinsipin ahəngdarlığını, deməli sivil həyat şəraitini yaratmaqdır».
«MEGA Holding» in Bakı və Gəncədə inşa etdiyi yaşayış komplekslərini analiz edərkən Ruslan müəllimin sözlərinin tam həqiqət olduğu təsdiqlənir. Holdinqin inşa etdiyi yaşayış kompleksləri elə layihələndirilib və tikilib ki, onlar yeni yaşayış keyfıyyətlərini təmin edirlər. Memarlıq baxımından və mənzillərin daxili planlaşdırılmasına görə holdinqə daxil olan tikinti kompaniyalarının müxtəlif proyektləri ümumi prinsiplərə əsaslanır. Layihələrin vahid mənşəyi yüksək texniki keyfıyyət və mənzilin komfortabelliyidir. Bu taktika holdinqin hələ Bakıda, Həsənoğlu küçəsində tikdiyi ilk yaşayış binasının təcrübəsində həyata keçirilmişdir. Holdinqin mütəxəssisləri yaşayış komplekslərinin optimal yerlərini müəyyən edirlər. Bu zaman nəqliyyatın hərəkətinin əlverişliliyi, ətraf mühitin üstünlükləri və mövcud landşaftla estetik ahəngdarlıq nəzərə ahnır. Tikilən yaşayış kompleksləri həmişə şəhərin sosial infrastrukturu ilə artıq formalaşan və inkişaf perspektivləri olan rayonlarda yerləşir. Nəticədə komplekslərin ekolojliyi, şəxsi təhlükəsizlik və mənzilin keyfıyyətinin yüksək standartı təmin olunur. Deyilənlərə misal olaraq paytaxtımızın elm və təhsil zonası kimi tanınan metronun «Elmlər Akademiyası» stansiyası ilə Bakı Dövlət Universiteti arasında, Z. Xəlilov küçəsi 26-da yerləşən MEGA CITY yaşayış kompleksini göstərə bilərik. MEGA CITY -ni paytaxtımızdakı digər yaşayiş komplekslərindən fərqləndirən nadir üstünlükləri vardır. Onun ərazisində universal idman-sağlamlıq mərkəzi MEGA CITY Club & SPA yerləşir.
Bu yaşayış kompleksinin populyarlığı və şəhər sakinləri arasında qazandığı etibar, inam holdingi oxşar layihələrin həyata keçirilməsinə ruhlandırıb. Nəticədə elit yaşayış kompleksi olan GREEN PARK ərsəyə gəlib. GREEN PARK metronun «Gənclik» stansiyasına yaxın meşə massivləri ilə əhatə olunmuş ekoloji cəhətdən təmiz rayonda yerləşir və şəhərkənarı evlərin şəraitini xatırladır. Bu yaşayış kompleksi də müasir insanın rahatlığını təmin edəcək hər cür imkanlara malikdir.

Holdinqin həyata keçirdiyi daha bir uğurlu layihə De luxe dərəcəli «GREEN PALACE» yaşayiş kompleksidir. Şərq həmişə özünün gözəl sarayları, onun sakinləri isə dəbdəbə və rahatlıqdan həzz alaraq saraylarda yaşamaq istəyi ilə tanınmışlar. İnsan həmişə özünə maksimum rahathğı təmin etməyə can atmışdır. Bu qədim xoş ənənə indi də öz aktuallığını itirməmişdir, bizim dəbdəbəyə olan meylimiz azalmır. Bütün bu deyilənlər, əslində, «GREEN PALACE» yaşayış kompleksinin xarakteristikası hesab edilə bilər. Bunu gələcəkdə həmin yaşayış kompleksinə sakin olacaq insanların özü də təsdiqləyəcək. Metronun «Gənclik» stansiyası yaxınlığındakı ərazidə salınmış bu yeni yaşayış kompleksinin tikintisində də şirkət mənzil istifadəçisinin rifahının sübutu və sosial səviyyəsinin təsdiqinə əsaslanıb. Geniş mənzillər, nəfis planlaşdırma, yuxarı mərtəbələrində dəniz sahilinə panoram acılan nadır apartamentlər və mənzərəli böyük terraslar bu yaşayış kompleksinin başlıca fərqləndirici üstünlükləridir. Mənzillərin yerləşməsinə və planlaşdırılmasına görə layihənin rəngarəngliyi müxtəlif təlabata və marağa malik olan insanların bu yaşayış kompleksində rahatlıqla ömür sürməsinin təmin olunmasına kömək edir. Qeyd edək ki, müasir dünyanın ən sərt tələblərinə cavab verən «GREEN PALACE» yaşayiş kompleksinin tikintisi artıq başa çatıb və yaxın zamanda paytaxt sakinlərinin istifadəsinə veriləcək. Biz «MEGA Holding» in paytaxtımızda həyata keçirdiyi nəhəng layihələrdən danışdıq. Yuxarıda qeyd etmişdik ki, holdinq «Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı «dan irəli gələn vəzifələri də uğurla həyata keçirir. Bu sırada əlbəttə ki, holdinqin ikinci böyük şəhərimiz olan qədim Gəncədə apardığı tikinti işləridir. Holdinq Gəncə şəhərində yaşayış komplekslərinin tikintisinə başlayan ilk şirkətdir. Buna misal olaraq Atatürk prospektində 9 mərtəbəli yaşayış binası və Gəncə şəhər İcra Hakimiyyətinin yaxınlığında — Xətai prospekti ilə Ə.Hüseynzadə küçəsinin kəsişməsində inşa edilmiş «Çinar» yaşayış və biznes mərkəzini göstərə bilərik. «Çinar» yaşayış kompleksi gözəllik, genişlik, rahathq, müasirlik və etibarhhğın təcəssümüdür. Mənzillərin yerləşməsi, hündürlüyü və quruluşu üzrə layihələrin fərqliliyi müxtəlif tələbatları və mənafeləri olan adamların «Çinar»da maksimum rahathqla yaşamasını təmin etməyə kömək göstərəcək. Artıq qeyd etdiyimiz kimi yaşayış kompleksinin birinci mərtəbəsində ticarət mərkəzinin yerləşməsi sakinlərə əlavə imkanlar da yaradacaq. Bundan əlavə «MEGA Holding» hazırda Gəncə şəhərində «Gəncə-BUTA» fərdi yaşayış şəhərciyinin tikintisini də həyata keçirir. Bu, Gəncə şəhərinin mərkəzində inşa edilmiş unikal elit Kottec-Qəsəbə olacaq. Gəncəlilər artıq indidən bu kottec qəsəbəni böyük etibarlılığa və sakit rahathğa malik ailə yaşayışı üçün ideal yer hesab edirlər. «Gəncə-BUTA» xüsusi olaraq özünü sevən, sağlamlıq və konfortu özünə dəyər sayan insanlar üçün yaradılır. Kottec-qəsəbənin tikintisinə artıq başlanıb. Şirkət bu tikintini qısa müddətdə başa çatdırıb gəncəlilərin istifadəsinə verməyi planlaşdırır. «MEGA Holding»in gördüyü işlər bununla məhdudlaşmır. Holding ölkə üzrə geniş vüsət almış yol tikintisinə də öz töhfəsini verir. Ümumilikdə ölkədə olduğu kimi Gəncə şəhərində də nəqliyyat sektorunun inkişafına, şəhərlər və kəndlərarası yolların salınmasına çox böyük diqqət yetirilir. Gəncə şəhərinin yollarının bərpası və yeni yollarm salınmasının 50 faizi «MEGA Holding»in payına düşür. Kompaniya nəzdində fəaliyyət göstərən «Yol Servis» MMC şirkəti yolun yaxşı təmir olunmasının əsasını təşkil edən keyfıyyətli asfalt istehsalı və salınması üzrə ixtisaslaşıb. Fəaliyyətin bu istiqaməti birlik üçün strateji əhəmiyyət daşıyır. Bu, həm də nəqliyyat kommunikasiyalarının çox mühüm əhəmiyyət daşıdığı regionların inkişafında böyük rol oynayır. Bu mənada «Yol Servis» MMC şirkəti «MEGA Holding»in avtomobil yolları infrastrukturu sahəsindəki maraqlarının bələdçisi rolunda cixiş edir. Gəncənin əsas magistrallarının — Şəddadilər, Mir Cəlal Paşayev, Bəxtiyar Əliyev, Üzeyir Hacıbəyov, Zülfı HacTyev, Şahlar Hüseynov, Ozan, Dədə Qorqud və bir çox digər küçələrinin yenidən təmir edilməsi şirkətin hesabındadır. «MEGA Holding» dən danışarkən şirkətin hazırda Azərbaycan bazarında inşaat texnikası tədarükçüləri sırasında öndə gedənlərdən olduğunu da vurğulamalıyıq. Bu strukturun yaranması tikinti sahəsində qiymət və keyfiyyətin optimal uzlaşdığı texnikaya yaranmış təlabatdan irəli gəlir. Bu gün «MEGA Holding» inşaat texnikası üzrə dünyanın bir çox apancı istehsalçılarının Azərbaycanda rəsmi distribyutorudur. «MEGA Holding» öz fəaliyyətini ildən-ilə genişləndirir. Qeyd etməliyik ki, şirkət Gənclər və İdman Nazirliyinin Astara və Cəlilabad şəhərlərində olimpiya komplekslərinin tikintisi üzrə elan etdiyi tenderin qalibi olub. Bu, onu göstərir ki, «MEGA Holding» təkcə əhalinin deyil, həm də rəsmi orqanların etimadını qazanıb. Hər iki şəhərdə komplekslərin tikintisinə artrq başlanıb. Holdinq hazrrda yeni layihələr üzərində işləyir. Biz əminik ki, həyata keçiriləcək yeni layihələr də öncəkilər kimi insanlanrımızın rifahı və rahatlığına xidmət edəcək. Bu işdə «MEGA Holding»ə uğurlar diləyirik.