Həmkarlar İttifaqı binasının əsaslı təmiri başa çatdı
Həmkarlar İttifaqı binasının əsaslı təmiri başa çatdı
Bakının ürəyində yerləşən bu bina, ətrafındakı Qoşa Qala və İçəri şəhər divarları ilə birgə şəhər mərkəzinin bir növ vizit kartıdır. Məhz bu səbəbdən bu tarixi binanın əsaslı təmiri xüsusi yanaşma tələb etdi.
Təmir işləri, demək olar ki, «sıfrdan» aparılırdı — Belçika istehsalı olan dəmir dam örtüyündən başlamış binanın işıqlandırma sisteminə qədər.
MEGA Holding şirkətlər qrupuna daxil olan «İNTEKS» kompaniyası tərəfindən həyata keçirilən təmir prosesində otaqlararası daxili divarlar tamamilə uçurularaq yenidən planlaşdırıldı. 7000 kv.m sahədə aparılan təmir işlərinin bütün mərhələləri keyfiyyətə sərt nəzarət şəraitində aparılırdı. Kabinetlərin yeni müasir ofis dizaynı köhnə otaqların görünüşündən kəskin şəkildə fərqlənir.
Konfederasiya binası sanki yenidən «həyata göz açdı» — və bu təkcə interyerin dizaynına aid deiyl. «İNTEKS» kompaniyası, binanı yeni isitmə, işıqlandırma, yanğından mühafizə və vidoemüşahidə sistemi ilə də təchiz etdi.
Xüsusi olaraq fasadın işıqlandırılmasını qeyd etmək lazımdır. Gecə vaxtı ona tamaşa etməyə dəyər — xüsusi işıqlar binaya əsrarəngizlik gətirərək, qədim Qala divarları ilə harmonik vəhdət təşkil edir və möhtəşəm bir panorama yaradır.