Vendinq. İtkisiz biznes.
Zəmanə dəyişir — satış avtomatları gündəmə gəlir. Xidmət sahəsinin inkişafı ilə bərabər vendinq-biznesi yaranır. Statistik məlumatlar bir daha təsdiqləyir ki, vendinqin inkişafı bilavasitə urbanizasiyanın səviyyəsilə bağlıdır.
«Azerbaijan Business» jurnalının ötən nömrəsində başladığımız vendinq mövzusunu (vendinq — avtomat vasitəsilə pərakəndə satış üsuludur) davam etdirməklə, Azərbaycan gerçəkliyində onun tətbiqi ideyasını inkişaf etdirmək istəyirik. Qeyd etdiyimiz kimi, Azərbaycan ən azı 100 il vendinq ticarətinin tətbiqi ilə gecikmişdi. Bunun nəticəsi olaraq, işləmə prinsipi qədimdən bəri məlum olan sadə bir maşından gəlir əldə etmək imkanları, diqqət kənarında qalmışdı. «Məndən pul, səndən — mal» mexanizmi hələ Misir məbədlərində tətbiq olunurdu. Burada xüsusi qurğular yerləşdirilir və onların vasitəsilə kahinlərin iştirakı olmadan «pul verib müqəddəs su almaq» əlaqəsi gerçəkləşdirilirdi. Şübhəsiz, həmin məbədlərdə «kassadan qaçmaq» halları olmurdu və ola da bilməzdi, çünki burada insan faktoru yox idi. İlkin avtomatların həmin üstünlüyünü dərk edən müasir sahibkarlar, vendinq- avtomatlardan yetərincə yararlanaraq on milliardlarla gəlir əldə etməyə başladılar
Hətta uğurlu biznesin ən yüksək göstəricisi olan 9-rəqəmli dövriyyələri hesaba almasaq belə, tək bir avtomatdan da biznesə başlamaq pis start deyil. Ən azı — bir və ya bir neçə satıcı qüvvəsinin cəlb edilməsini tələb edən xırda pərakəndə satış və ya özəl taksi biznesinin alternativi kimi. Ümumiyyətlə, vendinq-avtomatlar (vendorlar) məhdud çeşiddə mal ilə işlədilsə belə qat-qat daha sərfəlidir, çünki muzdlu işçilərə əmək haqqının verilməsi kimi əlavə məsrəflər tələb etmir. Üstəlik, belə işçiləri hələ tapmaq lazımdır. İkincisi, kim zəmanət verə bilər ki, həmin satıcılar (pərakəndə satış şəbəkəsində) irəli sürdüyünüz bütün mənəvi-etik meyarlara tam cavab verəcək?
Başqa bir problem — işçi xəstələnə, üzürlü və üzürsüz səbəbdən işə çıxmaya, bəzən isə şəxsi maraqlarını güdərək satışda nadürüstlüyə yol verə bilər. Avtomat isə — proqramlaşdırılmış mexanizmdir və busəbəbdən bəzi insanlara xass olan neqativlərdən azaddır. Üstəlik, satıcıdan fərqli olaraq, avtomat, əlverişli məkanda yerləşdirilərək günün 24 saatı nəzarət altındadır. Digər üstünlüyü də qeyd etmək lazımdır. Çoxsaylı insan kütləsinin cəmləşdiyi məkanlarda — vağzal, aeroport, mehmanxana, tələbə yeməkxanaları və s.- bəzən satıcı piştaxtının quraşdırılması üçün boş sahə olmur. Lakin, cəmi 2-3 kv.m tələb edən avtomatlar üçün asanlıqla yer tapılar və burada siqaret, telefon kartları, qəhvə və s. kimi malların satışı çox uğurlu olar. Üstəlik, əgər söhbət İspaniyanın «Azkoyen» kimi etibarlı istehsalçısından gedirsə (AzVen — «Azkoyen» şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur), biznesinizin sabit və gəlirli olmasına şübhə qalmır.
— «AzVen» kompaniyasının icraçı direktoru cənab Coşqun Cəbrayılov vendinq-biznesin xüsusiyyətləri barəsində «Azerbaijan Business» jurnalına ətraflı məlumat verdi.
C.C. — «AzVen» kompaniyası 2006-cı ildə təsis edilmişdi. Tam məsuliyyətlə deyə bilərəm ki, «AzVen» — Azərbaycanda vendinq hərəkatının pioneridir. Kompaniyanın əsas fəaliyyət prinsipi — respublikamızda vendinqin yeni bazar kimi inkişaf etdirilməsidir. Məşhur «Azkoyen» markasının rəsmi distribyutoru olan «AzVen», ticarət avtomatlarının satışı, pulsuz quraşdırılması və servis xidməti ilə məşğul olur. Bundan əlavə, biz xüsusi olaraq vendorlar üçün nəzərdə tutulmuş inqridiyentlərin bir-başa İspaniyadan gətirilməsini də həyata keçiririk. Beləliklə, «AzVen» müştərilərə tam spektrdə xidmət təqdim edir.
AB — Nə üçün məhz vendinq avtomatları? Razılaşın ki, yeni olmasa da Azərbaycan üçün bu qeyri-adi işdir.
C.C. — Doğrudur, nəzəri şəkildə əhali belə avtomatlarla tanışdır, lakin təcrübədə bu yenilikdir. Bu gün dünya miqyasında vendinq-biznesin milliardlarla dövriyyəsi var. Ölkələrarası avtomat şəbəkələri yüz minlərlə avtomat istismar edir. Məsələn, Yaponiya, Cənubi Koreya və bir çox Avropa ölkələrində bir avtomat 20-40 nəfərə «xidmət göstərir». Super-gəlirli olmaqdan əlavə, bu biznes müasir texnologiyaların təzahürüdür. Bu baxımdan Azərbaycan onların tətbiqi üçün perspektivli məkandır.
AB — Hədəf auditoriyanız kimlərdir, gətirdiyiniz məhsulların əsas alıcıları kim olacaq?
C.C. — «AzVen» şirkəti, iri kompaniyalar, aeroport, avto və dəmiryolu vağzalları, mehmanxana, biznes mərkəzləri, tibbi müəssisələr, Ali və orta təhsil ocaqları ilə yanaşı özəl vendinq-bizneslə məşğul olmaq istəyənlərlə də sıx əməkdaşlıq etməyi planlaşdırır.
AB — Vendinq-biznesi başlamaq üçün neçə maşın lazımdır?
C.C. — Bu biznesi bircə avtomatdan da başlamaq olar, lakin böyük gəlir əldə etmək və qoyulan məsrəfləri qısa zamanda doğrultmaq üçün bir neçə vendorun yerləşdirilməsini tövsiyyə edərdik. Özünüz baxın — bir avtomatla ayda 100-dən 1000 avroya qədər gəlir əldə edilir. İndi isə hesablayın — 10,50 və ya 100 avtomatdan ibarət şəbəkəniz olsa, gəliriniz nə qədər olacaq!
AB — Təklif etdiyiniz aparatlar hansılardır?
C.C. — Bu, isti və sərinləşdirici içki, siqaret, telefon kartları,sneklərin satışı üçün nəzərdə tutulan vendinq-avtomatlar seriyasıdır. Alışdığımız dizaynda olan həmin maşınlar çox tutumlu olmaqla yanaşı, həcm etibarilə az yer tutur və olduqca yığcamdır — adi soyuducu ölçüsündə. Bütün aparatlar özünütəmizləmə sistemi və milli metal pul vahidləri üçün adaptə olunmuş pul qəbulediciləri ilə təchiz olunub. Qeyd edim ki, həmin pul qəbulediciləri xüsusi sifarişimizlə «Azkoyen» zavodunda hazırlanıb. Onlar nəinki məhsul üçün verilən qəpikləri qəbul edir, üstəlik artıq məbləği alıcıya dəqiqliklə qaytarır. Razılaşın ki, «satıcı» üçün bu çox gözəl keyfiyyətdir. Ümumiyyətlə, kompaniyamızda müxtəlif növdə, hər birinin öz spesifikası olan avtomatlar mövcuddur. Məsələn, qəhvə satan avtomatlar iki cürdür: biri əridilən, digəri isə üyüdülən qəhvə hazırlayır.
AB — Bəs ənənəvi çay necə?
C.C. — — Mütləq. Özü də təkcə qara çay deyil, həm də yaşıl çay, o cümlədən lumulu, nanəli, çobanyastığı çayı və s. Bütün bu çayları isti içkilər avtomatlarından almaq olar. Misal üçün, isti içkilər vendorları seriyasından olan Veneto modelinin imkanlarından məlumat verim. Bu model əsasən klassik espresso-qəhvəsini sevənlər üçündür. Klassik resepturanın spesifikasını saxlamaq üçün bu model qəhvənin dəmlənməsi prosesində dənləri üyüdən qəhvəüyüdənlə təchiz olunub.
AB — Bəs məsələn, biznesə yeni başlayan sahibkarın cəmi bir qəhvə avtomatı varsa, yayda o, müştərilərə nələr təklif edə bilər?
C.C. — — Keçən ildən Veneto modelinə əlavə olaraq sərinləşdirmə modulu daxil edilib — belə ki, indi müştərilər təkcə əsl qəhvə (erzas yox!) və digər isti içkilər deyil, həm də südlü kokteyllər və soyuq çay içə biləcək.
AB — Nə gözəl! Yəqin ki, inorfmasiya texnologiyaları dövründə vendinq-avtomatlar əldə edilən qazancı da hesablaya bilir…
C.C. — Elədir ki var. Veneto modeli bir sıra xüsusiyyətlərə malikdir — özünü diaqnostika etmə və təmizləmə funksiyası (taymer üzrə proqramlaşdırılır), qoşma/qapatma taymeri, proqramlaşdırılan alternativ qiymət siyahısı, əvəz edilə bilən ön panellər, pulsuz bonus payı verilməsinin proqramlaşdırılması və s. Eyni zamanda bu avtomat, uçot sistemini aparıb məlumatları noutbuk, portativ printer və ya elektron açara ötürə bilər — bunların sayəsində, vendorun sahibi uzaqda olsa belə, istənilən informasiyanı ala bilər — istər satılan məhsulun çeşidi və həcminə dair, istərsə də qəbul olunan pul miqdarının və qaytarılan məbləğlər üzrə.
AB — Avtomatların zəmanət servisini kim həyata keçirəcək? Kompaniya, necə deyərlər, «istehsalçının vətənindən» mütəxəssislərin dəvət edilməsini planlaşdırırmı?
C.C. — İspaniyada, istehsalçı-zavodda xüsusi treninq keçmiş mütəxəssislərimiz, xarici məsləhətçiləri cəlb etmədən müstəqil şəkildə vendorların zəmanətli və zəmanətdənsonrakı texniki servisini həyata keçirmək iqtidarındadır. Odur ki, heç bir problem yoxdur — hər şey son dərəcə aydındır. Əgər Siz, kiçik biznesə başlamaq istəyir, mövcud olan bütün imkanları araşdırmısınızsa, özünüzə sual verin — niyə də vendinqlə məşğul olmayım? Hesaba vurun — taksi biznesinə başlamaq üçün ən azı 10-12 min dollar verib avtomobil almaq lazımdır. Tərəzinin bir gözünə benzinə gündən-günə artan qiymətləri, eləcə də taksi biznesinin son illər kütləvi şəkil almasını, o biri gözünə isə — aylıq əldə edilən 400-500 dollar gəliri qoysaq, açıq-aşkar görəcəyik ki, xərclərimiz hələ uzun müddət özünü ödəməyəcək. İndi isə həmin hesablamaları vendinq-avtomat üçün aparaq. Rəqəmlər bam-başqa olacaq. Cəmi bir avtomatdan əldə edilən gəlir (avtomatın qiyməti isə avtomobildən 2 dəfə aşağıdır!) ayda 500-1000 dollar təşkil edəcək — belə ki, çəkdiyiniz xərclər 8-10 aya ödəniləcək.
Məsələn, qəhvə avtomatının buraxılış qabiliyyəti gündə 700 fincandır. Əgər biznesə təzə başlayırsınız və bu avtomat Sizin üçün bahadır, «AzVen» şirkətinin reyestrindən daha kiçik modeli də seçə bilərsiniz — cəmi 210 fincanlıq!Həmin avtomatı hətta ofis masasının üstündə yerləşdirmək olar. Bu məqamda Çerçilin sözlərini xatırlamaq yerinə düşərdi… — onları bir qədər dəyişdirsək eyni bizim situasiyamıza aid etmək olar: «Sosialistlər hesab edirlər ki, gəlir əldə etmək gunahdır. Mən isə hesab edirəm — əsl gunah zərər çəkməkdir». Həqiqətən, zərər çəkmək lazım deyil — axı pul qazanmağın yolu var. Biznesə təzə başlayan sahibkarlar! Vendinq-avtomatları alın və… qazanclarınızı sayın!
«AzVen»şirkəti tərəfindən təqdim olunan vendinq-avtomatlar modelləri:
«Veneto» isti içkilər
«Lugano» isti içkilər
«Tempo M» isti içkilər
«City Lz» isti içkilər
«Palma-B» sərinləşdirici içkilər
«O . ce-4» sərinləşdirici içkilər
«Palma-Mz» sərinləşdirici içkilər və ñíåêlər
«Palma-H» sneklər
«N-Series» siqaret və telefon kartları
Tarixi faktlar:
XVII əsrdə İngiltərənin pivə pablarından birində tənbəki çubuqları üçün tütün satan avtomat qoyulmuşdu.
Yaponiyada ilk ticarət avtomatı 1904-cü ildə quraşdırılmışdı. Marka və təbrik kartları satan bu aparat poçt qutusuna bərkidilmişdi.