Get Adobe Flash player

Holdinqin fəaliyyətinin əsas istiqaməti yaşayış və qeyri-yaşayış obyektlərin, o cümlədən premium və de-luxe kateqoriyalı evlər, yaşayış kompleksləri, elit kotteclər, biznes-mərkəzlər və idman olimpiya komplekslərinin tikintisidir. Tikinti və bərpa işləri nəinki Bakıda, Azərbaycanın bir çox bölgələrində aparılır.
İnvestor, inşaatçı və podryatçı rolunda çıxış edərək, layihələşdirmədən təhvilə qədər bütün işləri gerçəkləşdiririk.
Holdinqin tərkibinə bilavasitə tikinti və bərpa işləri ilə məşğul olan 4 kompaniya daxilidr: İNTEKS, YENİ İNŞAAT, İNŞAATÇI və İŞKOM.
Bu gün adı çəkilən həmin şirkətlər yaşayış tikintisinin həcmi, sosial-iqtisadi problemlərin həlli və şəhər tikintisi mühitinə təsiri baxımından lider mövqeləri tutmaqdadır. İcra olunan işlərin səviyyəsi ən yüksək dünya standartlarına uyğundur və müvafiq sertifikatlarla təsdiqlənir.
İstənilən layihəni həyata keçirdikdə, ətraf mühitə xüsusi diqqət yetiririk. Ucaltdığımız binalar landşaftla harmonik vəhdət təşkil edir. Hər şəhərin və hətta kiçik kəndlərin öz siması var. Onların özünəməxsusluğunu, individuallığını qoruyub vurğulamaq – qarşımıza qoyduğumuz ən əsas vəzifələrdəndir. Bakı, Gəncə, Astara, Cəlilabad – hər biri bizə doğmadır və biz yaxşı anlayırıq ki, onların gələcəkdə necə olması bu gün biz, inşaatçılardan asılıdır.
Bizim əsas üstünlüyümüz həyata keçirilən işlərin qloballığındadır – istər, layihələrin möhtəşəmliyi, istərsə də onların coğrafiyası və həcmi baxımından.
Bölgələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramını rəhbər tutaraq təkcə Bakıda deyil, digər şəhərlərdə də möhtəşəm layihələr gerçəkləşdirir və bu gün Azərbaycanda ən iri layihələrin müəllifi kimi tanınırıq.

MEGA Holdingin strateji fəaliyyət sahələrindən biri – respublika bölgələrinin inkişafında əhəmiyyətli rol oynayan yol infrastrukturudur.
Öz xammal bazasına – asfalt zavoduna malik olan və holdinqin daxilində fəaliyyət göstərən Yol Servis şirkəti yüksəkkeyfiyyətli asfalt istehsal edərək, Azərbaycanın bir çox bölgələrində yollar salır.
Yüksək texniki təchizat və inkişaf etmiş elmi-tədqiqat bazası sayəsində biz müştərilərin istənilən ehtiyaclarını təmin edir, materialların vaxtlı-vaxtında çatdırılması, yolların salınması və bərpası ilə bağlı məsələləri asanlıqla həll edirik.
Şirkətin nəzdindəki qarajda saxlanılan asfaltdöşəyən və yolbasan maşın və qreyderlər bazar tələblərini operativ şəkildə təmin etməyə, istehsal həcmlərini artırmağa və irihəcmli sifarişləri gerçəkləşdirməyə imkan verir. Bu gün asfalt istehsalının həcmi saatda 145 tona çatdırılmışdır. Və bu son göstərici deyil – biz mütəmadi olaraq istehsalat səviyyəsi və templərini, eləcə də buraxılan məhsulun keyfiyyətini artırırıq. 

Sözün əsl və məcazi mənasında beton, istənilən tikintinin birləşdirici amilidir. Son zamanlar tikinti templəri nəinki Bakıda, Azərbaycanın bütün bölgələrində belə gündən-günə artır və təbii ki, betona olan tələbat da çoxalır.
Öz xammal bazasına – Monolit Beton və onun Gəncədəki filialı Kəpəz zavodlarına – malik olan MEGA Holding, bu gün təkcə tərkibinə daxil olan kompaniyaların deyil, digər tikinti müəssisələrinin də tələbatını tam təmin etməyə qadirdir.
Keyfiyyətli məhsul istehsal etməklə yanaşı, onun çatdırılması üzrə keyfiyyətli xidmət də təqdim edirik. Öz nəqliyyat bazası və texniki xidməti sistemi sayəsində, istənilən nöqtəyə betonun fasiləsiz çatdırılmasını təmin edir, tikinti meydançalarında baş verən bütün dəyişiklərə operativ şəkildə uyğunlaşa bilirik.
Müəssisənin qüsursuz işləməsi və yüksəkkeyfiyyətli betonun istehsalı, müasir xarici avadanlıq, yeni texnologiyaların tətbiqi və Tikinti materialları institutunun təsdiq etdiyi keyfiyyətə nəzarət nəticəsində mümkün olur. 

Tikinti texnikasının satışı və çatdırılması holdinqin fəaliyyətində önəmli rol oynayır. Bakıda və bölgələrdə baş verən əmlak bazarının inkişafı və tikinti templərinin artması ilə bərabər, tikinti texnikasına olan tələbat da artır. Köhnə yararsız tikililərin uçurulması üçün xüsusi maşınlar, traktor, qaldırıcı kranlar, müxtəlif növlü ekskavatorlar, yükvuran, yerqazan və digər texnika istənilən tikinti meydançasında lazımdır. Bilavasitə texniki avadanlıq və maşınların satışı, eləcə də yerinə çatdırılması, realizə edilmiş texnikanın zəmanətli və zəmanətdənsonrakı təmiri ilə məşğul olan bölüm – holdinqin tərkibinə daxil olan MEQA MAKİNA şirkətidir.
Müştərilərin ehtiyac və imkanlarını nəzərə alaraq, onlara texnikanın alqısı üçün ən sərfəli şərtlər təqdim edən lizinq sistemini təklif edirik. Sərfəli lizinq kreditləri sayəsində müştərilərimiz ən məşhur markaların avadanlığından yararlana bilir. MEQA MAKINA – dünya bazarında optimal qiymətə yüksəkkeyfiyyətli texnika istehsal edən şirkət kimi ad qazanan DAEWOO və MASTAŞ kompaniyalarının Azərbaycandakı rəsmi distribyutorudur. Eləcə də şirkət, ən qabaqcıl MAN texnologiyasını istifadə edən SHACMAN avadanlığını Azərbaycana gətirir.
Bundan əlavə, biz, realizə edilən avadanlıq və texnikanın satışdansonrakı servisi ilə məşğul olur, zəmanətli və zəmanətdənsonrakı təmir xidmətinlərini təqdim edir, eləcə də lazım olan ehtiyat hissələrinin çatdırılmasını təmin edirik.
Satışların əsas meyarı – keyfiyyət səviyyəsidi. Təsadüfi deyil ki, 2007 ildə kompaniya, Avtomobil və tikinti texnikasının Keyfiyyət nişanı nominasiyasında Uğur mükafatına layiq görülmüşdü. 

Müasir dizayn, yeni tendensiyaların tətbiqi və cəsarətli memari tapıntılar – təklif etdiyimiz layihələrin və istehsal etdiyimiz əmlakın populyarlığının əsas səbəbidir.
Holdinqin bu fəaliyyət sahəsi MEGA Design şirkəti tərəfindən həyata keçirilir. İstər adi mənzil və ya ofis, istərsə də elit kottec və ya biznes-mərkəzinin interyerini hazırlayarkən, mütəxəssislərimiz, ikl növbədə, yenilik, orijinallıq və komfortu yüksək dəyərləndirən müasir insanların zövq və tələblərini nəzərə alır. Dizayner və layihəçiləçilərimiz unikal interyer tərtibatları hazırlayaraq, üslub və rəng harmoniyasına xüsusi diqqət yetirir və istənilən stildə interyerlər təklif edir – Klassik, Modern, Barokko, Xay-tek, Kantri, Minimalizm və s. Otaqların təyinatını nəzərə almaqla işıqdlandırma, texniki təchizat, mebel, dekorativ əşyalar, orijinal kompozisiya və bədii təsvirlərin olub-olmaması kimi məsələlər həll olunur.
Layihələrin həyata keçirilməsinin bütün mərhələlərini peşəkarcasına icra edərək, keyfiyyətə zəmanət verir və bütün işlərə görə tam məsuliyyət daşıyırıq. Bu gün kompaniya tərəfindən gerçəkləşdirilən memari layihələr öz orijinallığı, möhtəşəmliyi, kreativ yenilikləri ilə fərqlənir. Nümunə kimi sadəcə bir neçəsinin adını çəkmək kifayətdir – GREEN PARK, GREEN PALACE, Gəncə-BUTA, Gəncə-ÇİNAR kompleksləri, Astara və Cəlilabadda Olimpiya-idman kompleksləri…Heç bir layihə digərini təkrarlamır və hər biri dünyanın istənilən meqapolisinin yaraşığı ola bilər. 

Biznesin durmadan inkişaf etdirilməsi və yeni sahələrin mənimsənilməsi – holdinqin əsas prinsiplərindəndir. Yeni istiqamətlərdən biri də müxtəlif malların avtomatlaşdırılmış satışıdır – başqa sözlə, vendinq-biznes.
Holdinqimizin tərkibində AzVen şirkətini yaratmaqla, Azərbaycanda vendinq-biznesin əsaslarını qoymuş olduq. Bu gün həmin şirkət müştərilərə müxtəlif təyinatlı satış avtomatlarının – sərinləşdirici və isti içkilərdən tutmuş qablaşdırılmıq hazır qida məhsulları, siqaret və telefon kartlarınadək – çatdırılması ilə məşğul olur.
Fəaliyyət dairəmizi təkcə vendinq avadanlığının çatdırılması ilə məhdudlaşdırmır, eyni zamanda avtomatlar üçün lazımi inqridiyentlərin gətirilməsini təmin edir, zəmanətli və zəmanətdənsonrakı servis, eləcə də müştərilərə texniki dəstək göstəririk.
Vendorların gündən-günə populyarlaşması geniş perspektivlərin göstəricisidir. Sahibkarlar üçün vendinq – gəlirli biznes mənbəyi, müştərilər üçün isə – qəhvə, çay və digər malların əldə edilməsinin son dərəcə rahat və sadə formasıdır.
Vendor-avtomatların təkcə ofislərdə deyil, həm də ticarət mərkəzləri, iri marketlər, bank və digər müəssisələrdə geniş yayılması – seçdiyimiz yeni biznes istiqamətinin çox pespektivli olmasından xəbər verir. 

Tikinti avadanlığının satış və çatdırılmasından əlavə, holdinqin tərkibinə daxil olan ASC BİM-7 (Bakı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsi), demək olar ki, istənilən tikinti avadanlığını icarəyə verir – qaldırıcı kran, ağır tikinti texnikası, yük və torpaqqazan maşınlar, traktor, ekskavator və s. Eləcə də şirkət istenilən növdə tikinti texnikasının təmiri ilə məşğul olur.
Satışdan təmirə və icarəyə qədər göstərilən xidmətlərin geniş çeşidi tikinti bazarının bütün tələbatlarını təmin etməyə imkan verir..