MEGA Holding — Ilin holdinqi

15.12.2011
14 dekabr tarixində «Buta Palace»da «Azəri Business Award 2011» — biznes sahəsində milli mükafatın təqdimat mərasimi keçirildi .
Business Time jurnalının məlumatına əsasən biznes sahəsində «Azəri Business Award» milli mükafatının təqdimat mərasimi üçüncü ildir ki, keçirilir və iqtisadi sektorda ən nüfuzlu mükafatlardan biri hesab olunur.
«Azəri Business Award 2011» müxtəlif sahələrdən olan 300-dən çox iş adamları, menecerlər və aparıcı mütəxəssisləri cəlb etmişdir. Mükafatın laureatları 37 namizəd oldu.
Biznes sahəsində «Azəri Business Award» milli mükafatı, milli Azərbaycan biznesinin yeni simasını əks etdirir, ən yaxşı şirkətlərin nümunə rolunu oynamasını təmin edir. Həmçinin ölkədə yeni etik standartlar nümayiş etdirir.
Bu mükafat Milli biznesin simasını təmsil edən Azərbaycan bazarında ən parlaq və dinamik şirkətlərə təqdim olunur.»Azəri Business Award» qalibini müəyyən edən əsas amil şirkətin iqtisadi artımıdır.
MEGA Holding QSC-ti «İlin Holding»i adına layiq görülüb. Bu mükafat şirkətin biznes sahəsində yeni uğurlar əldə etmək üçün təkan rolunu oynayacaqdır!