“Triumf Palace” yaşayış kompleksinin tikintisi Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində nəzərdə tutulur.
“Triumf Palace” yaşayış kompleksi rahat yerdə yerləşir – “Cəfər Cabbarlı” metro stansiyasının yaxınlığında (650 metr). 5-8 dəqiqəlik avtomobil ilə şəhər mərkəzinə “Primorski Bulvarı”-na, 20-25 dəqiqəyə isə hava limanına çata bilərsiniz.
“Triumf Palace” yaşayış kompleksi 304 nömrəli məktəbə bitişikdir.
“Triumf Palace” yaşayış kompleksi “Ilın ən yaxşı layihəsi” elan edilmiş və “Uğur” 2017 mükafatına layiq görülmüşdür.
Sahəsi 3,8 hektar olan 8 binalı yaşayış kompleksində aşağıdakı infrastrukturun tikintisinə icazə verilib:
– mənzillərin ümumi sayı 734
– park yerlərinin sayı 822
– ticarət mərkəzi 28000 m 2
– uşaq bağçası
– fitness klubu
– 1 hektardan artıq sahəsi olan böyük bir geniş həyət.
Kompleksin ümumi yaşayış sahəsi 190574 m2.

Kompleksdə avtomatlaşdırılmış idarəetmə sistemləri və dispetçerləşdirmə quraşdırılacaq: elektrik təchizatı, işıqlandırma, ictimai yerlərdə havanın kondisionerləşdirmə və ventilyasiya, su təchizatının filtrasiyası, avtomatik yanğınsöndürmə və tüstü əleyhinə müdafiə, həmçinin liftlərin idarə olunması. Kompleksdə mühafizə-həyəcan siqnal sistemi, video müşahidə sistemi tətbiq etmək planlaşdırılır, hansı ki, avtodayanacağın bütün mərtəbələrində, pilləkənlarda, lift zallarında, kompleks ərazisində, küçə və bütün girişlərdə quraşdırılacaq. Həmçinin domofon rabitəsi də quraşdırılacaq. Kompleksdə bütün spektr müasir xidmətlər nəzərdə tutulub: telefon rabitəsi, televiziya, internet, radiolaşdırma. Biz tərəfdən 3 mərhələdən suyun təmizlənməsi üçün muasir avadanlıq quraşdırılması planlaşdırılır:

  • -Mexaniki, hansı ki pas, gil, qum, həll olunmamış kimyəvi birləşmələr, digər bərk hissəciklər, mikrob və bağırsaq çöplərim ləngidilir
  • -Kimyəvi – materialın xassələrinin ionomübadiləsi nəticəsində xlordan, pestisidlərdən, ağır metallardan, həmçinin radioaktivlərdən kimyəvi təmizlənməsi baş verir. Suyun ionlaşdırılması suyun zərərsizləşdirilməsi və təmizlənməsi üçün ən müasir və daha keyfiyyətli üsul hesab olunur. Suyun bu üsul ilə, yəni onun ionlaşdırılması- təmizlənməsi təkcə effektiv deyil, həmçinin də insan orqanizmi üçün xeyirlidir.
  • -Lazım gəldikdə suyun PH korreksiyası həyata keçirilir.
  • -Filtrləşdirilmiş suyun əsas üstünlüyü onun nəinki məişətdə, həmçinin içməli su kimi də istifadə edilməsindədir.