Naftalan sanatoriyasının təmiri

Tezliklə dünya şöhrətli müalicə ocağı yenidən fəaliyyətə başlayacaq. Əsaslı təmirdən sonra bu unikal sanatoriyanın açılışı çox önəmli bir hadisədir. Axı naftalan nefti yalnız Azərbaycanda mövcuddur. Bu, müalicəvi-balneoloji əhəmiyyətə malik olan və dünyada analoqu olmayan mayə bir çox xəstəliklərin müalicəsində istifadə olunur — o cümlədən, dayaq-hərəkət aparatı, sətəlcam və degenerativ əzələlər, periferik sinir sistemi, polineyropatiya, parez xəstəliklərinin. Eləcə də naftalan nefti ağır zədə, cərrahi əməliyyatlar və yanıqlardan sonra reabilitasiya məqsədilə istifadə edilir. Sanatoriy hələ 1926-cı ildən fəaliyyətdədir. Təbii ki, illər keçdikcə kompleks bərbad vəziyyətə düşmüşdür. Qarabağ müharibəsi də ona böyük xələl gətirmişdir — məcburi köçkünlərin burada yerləşdirilməsi, digər ölkələrdən xəstə axınının azalması və s. amillər kompleksin vəziyyətinə neqativ təsir göstərmişdi. Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı üzrə Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı kontekstində beynəlxalq əhəmiyyəti olan Naftalan da xüsusi diqqət mərkəzindədir. Naftalanda olarkən Prezident İlham Əliyev belə demişdir: «Naftalan — unikal müalicəvi-istirahət zonasıdır, bu səbəbdən ona dövlət səviyyəsində diqqət yetiriləcək. Bu şəhərdə yerləşdirilən kurort və sanatoriyaların inkişafı məqsədilə dövlət büdcəsindən vəsait ayrılacaq. Yaxın zamanda Naftalan dünya standartlarına uyğun olan kurort şəhərinə çevriləcək” Dövlət proqramının maddələrini rəhbər tutaraq, İNTEKS kompaniyası qısa zamanda nəhəng işlər görmüş, 3000 kv.m sahəsində iri-həcmli təmir-tikinti işləri aparmışdı. Belə ki, əsas korpus əsaslı təmir olunmuş, yeni yeməkxana tikilmiş, otaqların yenidən planlaşdırılması və əsaslı təmiri həyata keçirilmiş, yeni qazanxana qurulmuş, köhnə laboratoriya yaşayış sahəsinə çevrilmiş, həyətdə abadlıq işləri gerçəkləşdirilmişdir. Eksteryer və interyerin müasir dizaynı, yaşayış və naftalan vannalarının qəbulu üçün komfortlu şərait, geniş yeməkxana, təmiz yaşıl həyət — indi burada gözəl istirahət və müalicə üçün hər şey var. Biz fəxr edirik ki, Naftalan unikal, dünya əhəmiyyətli müalicə ocağı şöhrətini bərpa edəcək, və yüz minlərlə insan burada şəfa tapacaq — axı burada bizim də zəhmətimiz var.