XİDMƏTLƏR
Holdinqin əsas fəaliyyət sahəsi yaşayış və qeyri-yaşayış binalarının, o cümlədən premium və delüks klass binaların, elit kotteclərin, yaşayış komplekslərinin, biznes mərkəzlərinin və Olimpiya idman komplekslərinin tikintisindən ibarətdir. Tikinti və yenidənqurma işləri həm Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında həyata keçirilir. Biz layihələndirmədən təhvil-təslimə qədər tam xidmət spektrini təklif edərək investor, podratçı və subpodratçı qismində çıxış edirik. Holdinqin tərkibinə tikinti və yenidənqurma xidmətləri göstərən 4 şirkət daxildir. Bunlar: “İNTEKS”, “YENİ İNŞAAT”, “İNŞAATÇI” və “İŞKOM” şirkətləridir. Hazırda bu şirkətlər yaşayış binalarının tikinti miqyasına, mühüm sosial-iqtisadi problemlərin həllindəki roluna və şəhərsalma sahəsindəki çoxşaxəli təsirinə görə ölkənin aparıcı şirkətləridir. Onların layihələri müvafiq sertifikatlarla təsdiqləndiyi kimi, ən yüksək dünya standartlarına uyğun olaraq tamamlanır. Yeni layihələri planlaşdırarkən biz onların ətraf mühitlə qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetiririk. İcra etdiyimiz bütün layihələr ətraf mənzərə ilə harmonik şəkildə uzlaşır. Hər bir şəhərin və ya kiçik kəndin özünəməxsus siması var. Biz Bakı, Gəncə, Astara və ya Cəlilabad olsun, hər bir şəhərin fərdiliyini nəinki qoruyub saxlamağa, həm də vurğulamağa çalışırıq. Biz onların hər birinə dəyər veririk və yaxşı anlayırıq ki, bu şəhərlərin sabah necə görünəcəyi biz inşaatçılardan asılıdır. Bizi digər şirkətlərdən fərqləndirən amillərdən biri də layihələrimizin həm əzəmətinə, həm də yerləşdiyi məkana və miqyasına görə qlobal olmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, biz təkcə Bakıda deyil, regionlarda da ən iddialı layihələri həyata keçiririk. Hazırda biz Azərbaycandakı ən böyük layihələrin müəllifiyik.
MEGA Holding-in fəaliyyətinin strateji istiqamətlərindən biri də ölkə regionlarının inkişafında mühüm rol oynayan nəqliyyat infrastrukturunda iştirakıdır. Holdinqin tərkibinə daxil olan “Yol Servis” şirkəti özünün xammal mənbəyinə – asfalt zavoduna malikdir. Şirkət Azərbaycanın əksər regionlarında yüksək keyfiyyətli asfalt istehsal edir və döşəyir. Onun peşəkar texniki təchizatı və qabaqcıl elmi-tədqiqat bazası şirkətə yol örtüklərinin döşənməsi və bərpası üçün zəruri olan materialların çatdırılmasının hər bir mərhələsində müştərilərin tələblərini tam qarşılamağa və yaranan hər hansı problemi həll etməyə imkan verir. Şirkətin qarajındakı asfaltvuran maşınlar, asfalt kipləşdiricilər (katoklar) və qreyderlər bazarın ehtiyaclarına dərhal və çevik reaksiya verməyə, istehsal həmini daim genişləndirməyə və irimiqyaslı sifarişləri yerinə yetirməyə şərait yaradır. Hazırda zavod saatda 145 tona qədər asfalt istehsal edə bilir. Və bu hələ son deyil – biz məhsuldarlığın səviyyəsini və tempini, eləcə də istehsal olunan məhsulun keyfiyyətini davamlı olaraq artırırıq.
Beton, hər mənada, istənilən tikintinin əsas elementidir. Həm Bakıda, həm də regionlarda yaşanan tikinti bumu fonunda betona olan tələbat günbəgün artır. MEGA Holding özünün xammal mənbələrinə – Bakıdakı “Monolit Beton” zavoduna və Gəncədəki “Kəpəz” filialına malikdir ki, bu da hazırda nəinki Holdinqin tərkibindəki şirkətlərin, həmçinin digər tikinti şirkətlərinin də tələbatını qarşılamağa imkan verir. Biz keyfiyyətli istehsal ilə yanaşı, həm də keyfiyyətli çatdırılma xidmətləri təklif edirik. Xüsusi texniki xidmət sistemimiz və nəqliyyat resurslarımız sayəsində biz beton çatdırılmasının ritmini tənzimləyir, tikinti meydançalarında vəziyyətin istənilən dəyişikliyinə dərhal və çevik reaksiya veririk. Müəssisədə fasiləsiz istehsalın yüksək keyfiyyəti idxal olunan avadanlıqlar, yeni texnoloji həllər və istehsala keyfiyyət nəzarəti sayəsində qorunub saxlanılır və Tikinti Materialları İnstitutu tərəfindən təsdiqlənir.
Tikinti texnikasının satışı və çatdırılması Holdinqin fəaliyyətində çox mühüm rol oynayır. Mənzil bazarının inkişafı və tikintinin artması səbəbindən həm Bakıda, həm də regionlarda tikinti texnikasına olan tələbat hər gün artır. Köhnə binaların sökülməsi üçün xüsusi texnikalar, traktorlar, kranlar, müxtəlif növ ekskavatorlar, qazıcı və yükləyici maşınlar və digər avadanlıqlar mövcuddur. Holdinqin tərkibinə daxil olan “MEQA MAKİNA” şirkəti birbaşa avadanlıq və texnikaların satışı və çatdırılması, həmçinin zəmanətli və zəmanətdən sonrakı xidmətlərin göstərilməsi ilə məşğul olur. Biz məhsulların satışı üçün lizinq sistemi təklif edirik və müştərilərə texnika əldə etmək üçün ən əlverişli şəraiti yaradırıq. Sərfəli lizinq kreditlərimiz sayəsində müştərilərimiz aparıcı brendlərin texnikaları ilə işləyə bilərlər. “MEQA MAKİNA” qlobal bazarda münasib qiymətə etibarlı texnika istehsalçıları kimi şöhrət qazanmış DAEWOO və MASTASH şirkətlərinin Azərbaycandakı rəsmi distribütorudur. Şirkət həmçinin Azərbaycana ən son MAN texnologiyasından istifadə edən SHACMAN texnikalarını gətirir. Biz təklif etdiyimiz texnikalara xidmət də göstəririk, həm zəmanət müddətində, həm də zəmanətdən sonra təmir işlərini boynumuza götürürük; həmçinin tələb olunan ehtiyat hissələrinin çatdırılmasını təmin edirik. İstənilən satışın əsas meyarı satılan məhsulun keyfiyyətidir. Təsadüfi deyil ki, şirkət 2007-ci ildə “Avtomobil və tikinti texnikasının satışı” nominasiyasında Keyfiyyət Nişanına layiq görülərək “UĞUR” mükafatı ilə təltif olunmuşdur.
Ən son trendləri və cəsarətli memarlıq həllərini mənimsəyən müasir dizayn, Holdinqin layihələrinə yüksək qiymət verilməsinin və onun inşa etdiyi daşınmaz əmlaka olan böyük tələbatın əsas səbəbidir. Holdinqin fəaliyyətinin bu istiqaməti “MEGA Design” şirkəti tərəfindən həyata keçirilir. Şirkətin mütəxəssisləri adi mənzillərin, ofislərin, kotteclərin və ya biznes mərkəzlərinin interyerini layihələndirərkən innovasiya və dizaynın orijinallığını rahatlıqla bir arada qiymətləndirən müasir müştərinin zövq və tələblərini rəhbər tuturlar. Dizayner və memarlarımız müxtəlif üslub və rəng həllərində olan məkanlar üçün unikal daxili dizayn layihələri hazırlayır, müştərilərimizə Klassik, Modern, Barokko, Hi-Tech, Rustik, Minimalist və digər üslublarda interyerlər təklif edirlər. Aydınlatma sistemlərinin, texniki avadanlıqların, mebellərin, dekorativ detalların tam spektri, həmçinin orijinal kompozisiyaların, bədii rəsmlərin və s. təmin edilməsi konkret məkana uyğun olaraq layihələndirilir. Layihənin bütün mərhələlərində peşəkarlıq nümayiş etdirərək, biz keyfiyyətə zəmanət verir və görülən bütün işlərə görə məsuliyyət daşıyırıq. Hazırda şirkət tərəfindən reallaşdırılan memarlıq layihələri orijinallığı, ideya əzəməti və yaradıcı təxəyyülün miqyası ilə seçilir. Bir neçə nümunəni qeyd etmək kifayətdir – “Green Park”, “Green Palace”, “Gəncə-Buta” və “Gəncə-Çinar” kompleksləri, həmçinin Astara və Cəlilabaddakı Olimpiya Kompleksləri… Onların heç biri bir-birinə bənzəmir – hər biri unikaldır və dünyanın istənilən meqapolisinə layiqdir.
Biznesin davamlı böyüməsi və fəaliyyətin yeni sahələrinin mənimsənilməsi Holdinqin işinin əsas prinsipləridir. Belə yeni istiqamətlərdən biri də müxtəlif malların avtomatlaşdırılmış satışı sistemi – veninq biznesidir. Holdinqin tərkibində “AzVen” şirkətini təsis etməklə biz Azərbaycanda veninq biznesinin təməlini qoyduq. Bu gün şirkət müştərilərinə soyuq və isti içkilərdən tutmuş, qablaşdırılmış qidalara, siqaretlərə və telefon kartlarına qədər müxtəlif veninq aparatlarını uğurla çatdırır. Veninq aparatlarının distribütorluğu ilə yanaşı, biz bu aparatlar üçün zəruri olan inqrediyentləri və doldurucu materialları təmin edir, həmçinin müştərilərə texniki dəstək xidməti göstəririk. Veninq aparatlarının sürətlə yayılması onların şəksiz faydasının sübutudur. Sahibkar üçün bu, yüksək gəlirli qazanc mənbəyidirlər, istifadəçilər üçün isə çay, kofe və digər malları almağın çox sadə və rahat yoludur. Təkcə böyük ofislərdə deyil, həm də ticarət mərkəzlərində, hipermarketlərdə, banklarda və müxtəlif digər müəssisələrdə getdikcə daha çox rast gəlinən veninq aparatlarının populyarlığı bu yeni istiqamətin gələcək perspektivlərinin göstəricisidir.
Avadanlıqların satışı və çatdırılması ilə yanaşı, Holdinqin tərkibinə daxil olan “BİM-7” ASC (Bakı İxtisaslaşdırılmış Mexanika İdarəsi) demək olar ki, hər növ texnikanı – qülləli kranlar, ağır tikinti texnikası, yükləyici və qazıcı maşınlar, traktorlar, ekskavatorlar və s. təklif edir. Şirkət həmçinin hər növ tikinti texnikasına xidmət göstərilməsini də təklif edir. Tikinti maşınları və avadanlıqları sahəsində satışdan lizinqə və xidmətə qədər geniş xidmət spektri şirkətə tikinti bazarının tələblərinə çevik şəkildə reaksiya vermək imkanı yaradır.