Planlaşdırma, tikinti və yenidənqurma
Holdinqin əsas fəaliyyət sahəsi yaşayış və qeyri-yaşayış binalarının, o cümlədən premium və delüks klass binaların, elit kotteclərin, yaşayış komplekslərinin, biznes mərkəzlərinin və Olimpiya idman komplekslərinin tikintisindən ibarətdir. Tikinti və yenidənqurma işləri həm Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında həyata keçirilir. Biz layihələndirmədən təhvil-təslimə qədər tam xidmət spektrini təklif edərək investor, podratçı və subpodratçı qismində çıxış edirik. Holdinqin tərkibinə tikinti və yenidənqurma xidmətləri göstərən 4 şirkət daxildir. Bunlar: “İNTEKS”, “YENİ İNŞAAT”, “İNŞAATÇI” və “İŞKOM” şirkətləridir.