Astara Olimpiya İdman Kompleksi

Astara şəhərindən 3,5 km məsafədə, Xəzər dənizinin sahilində yerləşən bu geniş kompleks 4,58 hektar ərazini əhatə edir. İnşa olunan tikililərin seysmik davamlılığı 9 bala qədər zəlzələyə tab gətirəcək şəkildə layihələndirilmişdir. Layihə planlarına əsasən, 2009-cu ilə qədər burada bütün Avropa standartlarına cavab verən ikimərtəbəli mehmanxananın, həmçinin 5 kottecin tikintisi nəzərdə tutulur.

Kompleksdə avtomobil dayanacağı, idman zolaqları, qapalı üzgüçülük hovuzu, qazanxana, yanğınsöndürmə su anbarı, elektrik yarımstansiyası, futbol, voleybol və basketbol meydançaları, həmçinin tennis kortu fəaliyyət göstərəcək. Kompleksin bütün ərazisində istirahət zonaları da nəzərdə tutulmuşdur. Rahat oturacaqları olan kölgəli xiyabanlar və mənzərəli yerlərdə quraşdırılmış çoxsaylı fəvvarələr dincəlməyinizə və gümrahlığınızı bərpa etməyinizə kömək edəcək.

Kompleksin ümumi sahəsi — 4,58 hektar

İdman zalı — 4028 m² (930 tamaşaçı tutumlu)

Üzgüçülük hovuzu — 1724 m²

3 kiçik hovuz — 72 m²

Futbol meydançası — 2990 m²

Voleybol meydançası — 563 m²

Basketbol meydançası — 700 m²

Project Gallery