Fətəli Xan Xoyski küçəsindəki bina

Major renovation carried out by “İNTEKS” LLC began in January 2015 and was completed at the end of May of the same year. The first floor of the building contains a lobby, while the remaining 8 floors of the 9-storey building are residential, consisting of 104 two-room apartments. The total area of the building is 6,042 m², including 4,575 m² of residential space and 547 m² of non-residential space. The residential building is located in an elevated area of the city, offering an excellent location with fresh air. Both sides of the building open to beautiful views — to the northern side of the city and to the southern side with a panorama of the Caspian Sea.

Binanın konstruktiv sxemi monolit dəmir-beton ikitərəfli karkas sistemindən ibarətdir. Konstruktiv elementlər (bünövrə, sütunlar, tirlər, mərtəbələrarası örtük plitələri və dam, pilləkən marşları və meydançaları) monolit dəmir-beton konstruksiya ilə inşa edilmişdir.

Müasir standartlara cavab verən, elektron-avtomat idarəetmə sistemləri ilə təchiz olunmuş xarici istehsalı olan iki dəst lift bütün binanın fasiləsiz gündəlik xidmətini təmin edir. Mənzillərin giriş qapıları yüksək keyfiyyətli, təhlükəsiz və həmçinin xarici istehsaldır. Pəncərələr istilik və səs izolyasiyasını təmin edən, izolyasiyalı şüşə paketli plastik profildən istehsal edilmişdir. Daxili qapılar da həmçinin xarici istehsaldır. Yaşayış binası fasiləsiz olaraq su, məişət qazı və elektrik enerjisi ilə təmin edilir. Hər bir mənzil yaşayış sahəsini isti su və buxar istiliyi ilə təmin edən avtonom “KOMBİ” sistemi ilə təchiz olunmuşdur.

Bundan əlavə, 9 mərtəbəli yaşayış binası tam infrastrukturla təmin olunmuşdur: burada içməli və yanğın əleyhinə su anbarları mövcuddur və bina xarici istehsal olan nasos stansiyası ilə təchiz edilmişdir. Yaşayış kompleksinin ətrafı tamamilə daş üzlüklə və dekorativ metal hasarla əhatə olunmuşdur. Kompleksin ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Həmçinin avtomobil dayanacaqları və uşaq meydançası inşa edilmişdir. Həyət sakinlərin dincəlməsi üçün oturacaqlarla təchiz olunmuşdur.

Mənzillərin sayı — 104

Ümumi sahə — 6041 m²

Yaşayış sahəsi — 4574 m²

Project Gallery