“GREEN PALACE” yaşayış kompleksinin inşası üçün şəhərin sakit, ekoloji cəhətdən təmiz bir ərazisi — “Gənclik” metro stansiyasının yaxınlığında, Şıxəliyev küçəsi 20 ünvanı seçilmişdir. Kompleksin yanındakı meşə-park zonası binaya nağılvari bir görünüş bəxş edir. Bir sıra müalicəvi xüsusiyyətlərə malik təzə şam ağacı qoxusu isə insan orqanizminə müsbət təsir göstərir və xoş əhval-ruhiyyə yaradır. Şəhərin bu hissəsi, paytaxtın coğrafi mərkəzində yerləşməklə, son zamanlar dövlət qurumları, özəl iqamətgahlar, təhsil müəssisələri, həmçinin ticarət və idman-sağlamlıq mərkəzləri üçün getdikcə daha populyar bir məkana çevrilməkdədir.